Ana Sayfa > Dünya > Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar

Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar


Bu gün, 11:13. Yazar: vasif
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar


İranın ali rəhbəri Müctəba Xamenei silahlı qüvvələrə və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yeni komandirlər təyin edilməsi barədə fərman imzalayıb.
aia.az xəbər verir ki, Xameneinin imzaladığı fərmana əsasən, general-mayor Əli Abdullahi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Kiyumərs Haydari isə Baş Qərargah rəisinin müavini təyin edilib. Briqada generalı Əhməd Vəhidi general-mayor rütbəsi verilib və o SEPAH-ın yeni baş komandanı təyin edilib.

Briqada generalı Mustafa İzedi SEPAH-ın baş komandan müavini, kontr-admiral Əli Özmayi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, Hüseyn Taib isə Bəsic qüvvələrinin komandanı təyin edilib.
Geri dön