Ana Sayfa > Cəmiyyət > Bakıda 14 və 16 yaşlı qardaşlar maşın qaçırdılar

Bakıda 14 və 16 yaşlı qardaşlar maşın qaçırdılar


3-04-2017, 11:39. Yazar: admin
Bakıda 14 və 16 yaşlı qardaşlar maşın qaçırdılar



Bakıda iki yeniyetmə polis tərəfindən saxlanılıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisindən "VAZ-2107" markalı 10 RF 044 dövlət qeydiyyat nömrəli avtomaşını qaçıranlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü Cabbarov Rauf Dayandur oğlu və qardaşı 2003-cü il təvəllüdlü Cabbarov Emil Dayandur oğlu, Binəqədi rayonu 9-cu mikrorayon ərazisində ərazisində saxlanılıblar.

Onların tutulması ilə bağlı əməliyyata Binəqədi RPİ-nin 7-ci PB-nin, ƏÇPA-nın 2-ci PB-nin və Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön