Ana Sayfa > Siyasət > XİN Kolumbiyaya başsağlığı verdi

XİN Kolumbiyaya başsağlığı verdi


Dünən, 21:37. Yazar: vasif
XİN Kolumbiyaya başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

“aia.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

“Kolumbiyada baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması və dağıntılara görə dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.

Bu çətin dövrdə düşüncələrimiz Kolumbiya xalqı ilədir”, - deyə qeyd edilib.
Geri dön