Ana Sayfa > Manşet / Ölkə > Belçikaya təyin olunan yeni səfir kimdir?
Belçikaya təyin olunan yeni səfir kimdir?Bu gün, 15:12. Yazar: azer |
![]() Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Məmməd Əhmədzadə 1976-cı il oktyabrın 4-də Bakıda anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. Daha sonra diplomatik xidmətə başlayıb və Azərbaycan Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında çalışıb. O, 2021-ci ildən Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. 2025-ci ilin yanvarında Niderland Kralı Villem-Aleksandra etimadnaməsini təqdim edib. Əhmədzadə diplomatik fəaliyyəti dövründə Azərbaycan–Niderland münasibətləri, siyasi və iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycanın Avropadakı mövqeyinin təqdim olunması istiqamətində fəaliyyət göstərib. 2025-ci ildə Niderland mediasına müsahibəsində Azərbaycan–Niderland diplomatik münasibətlərinin 33 illiyindən danışıb və iki ölkə arasında iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb. Zeynəb Rzayeva Geri dön |