Ana Sayfa > Özəl > Riyadda fabrikdə dəhşətli yanğın: 16 işçi həyatını itirdi

Riyadda fabrikdə dəhşətli yanğın: 16 işçi həyatını itirdi


Bu gün, 14:39. Yazar: vasif
Riyadda fabrikdə dəhşətli yanğın: 16 işçi həyatını itirdi



Səudiyyə Ərəbistanının paytaxtı Riyadda yerləşən mebel fabrikində güclü yanğın baş verib. Hadisə ağır insan tələfatı ilə nəticələnib.
Rəsmi məlumatlara əsasən, yanğın zamanı fabrikdə çalışan 16 nəfər həyatını itirib. Həlak olanların hamısının Banqladeş vətəndaşı olduğu bildirilir.
Hadisədən sonra aidiyyəti qurumlar əraziyə cəlb olunub. Yanğının hansı səbəbdən başladığı barədə araşdırma aparılır.
Banqladeş Xarici İşlər Nazirliyi faciə ilə bağlı vəziyyətin yaxından izlənildiyini açıqlayıb. Həlak olan işçilərin cənazələrinin mümkün qədər qısa müddətdə vətənlərinə göndərilməsi istiqamətində tədbirlər görülür.
Bu məqsədlə Banqladeş və Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında koordinasiyanın həyata keçirildiyi bildirilir.
Geri dön