Ana Sayfa > Siyasət > İlham Əliyev bu səfirləri də geri çağırdı

İlham Əliyev bu səfirləri də geri çağırdı


Bu gün, 13:47. Yazar: vasif
İlham Əliyev bu səfirləri də geri çağırdı


Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“aia.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***

Prezidentin Sərəncamına əsasaən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Geri dön