Ana Sayfa > Gündəm / Ölkə > Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLARBu gün, 13:38. Yazar: vasif |
![]() Azərbaycanın ən dilbər guşələrindən biri olan, füsunkar təbiətə malik Oğuzun rayon mərkəzinin girəcəyindəki böyük park - Oğuz şəhər mədəniyyət və istirahət parkı uzun illərdir baxımsızlıqdan bərbad vəziyyətə düşüb. aia.az “AzPolitika”-ya istinadla bildirir ki, bu parkın acınacaqlı vəziyyətilə bağlı daha əvvəllər də məlumat və görüntülər paylaşıb. Lakin ötən illər ərzində burada dəyişən heç nə yoxdur... Nə yerli əhali, nə də Oğuza gələn turistlər və digər qonaqlar rayon mərkəzində baş çəkəcək müasir, abad bir park, yaxud başqa bir normal istirahət və əyləncə məkanı tapa bilmir. Əslində, heç rayondakı Heydər Əliyev parkının da vəziyyəti digər rayonlardakı analoji parklarla müqayisədə ürəkaçan deyil. Lakin rayonun girəcəyindəki Oğuz şəhər mədəniyyət və istirahət parkının durumu lap acınacaqlıdır. Burada həmin parkın adındakı nə “mədəniyyət”dən, nə də “istirahət”dən əsər-əlamət tapa bilməzsiniz. Parkın yerindəki sınıq-salxaq “mərmərlər”dən, qurumuş, zibilliyə çevrilmiş hovuza, divarlardakı qopub tökülən suvağa qədər hər şey buranın sahibsiz, yiyəsiz, baxımsız olduğunu göstərir. Məlumat üçün bildirək ki, bu parkın açılışı 2011-ci il noyabrın 16-da şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Parkın həmin vaxtkı fotoları ilə indiki durumunu müqayisə etdikdə, acı təəssüf və təəccüb doğuran bir mənzərə yaranır... (bax:https://azertag.az/xeber/oguz_seher_medeniyyet_ve_istirahet_parki_achilmisdir-278201) Qeyd edək ki, 2024-cü ildən etibarən Oğuzun icra başçısı Cavid Əbdul-Qədirovdur. Ondan əvvəl 13 il rayona, hazırda Mili Məclisdə Oğuzu təmsil edən Eyvaz Qurbanov başçılıq edib. Geri dön |