Ana Sayfa > Ölkə > Qubada 7 kq narkotik aşkarlanıb
Qubada 7 kq narkotik aşkarlanıbBu gün, 12:36. Yazar: vasif |
![]() Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama ilə bağlı əməliyyatlar keçirilib. aia.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb. Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |