Ana Sayfa > İqtisadiyyat > Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirirBu gün, 11:51. Yazar: vasif |
![]() Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun işindəki dayanmalar səbəbindən neft ixracının bir hissəsini digər marşrutlara yönləndirib. “aia.az” “İnterfaks-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Nazirlik alternativ tədarük marşrutlarını, o cümlədən Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirdiyini açıqlayıb. Məlumata görə, hazırda ixrac axınlarının yenidən bölüşdürülməsi üzrə işlər aparılır. Belə ki, qeyd olunan dövrdə Atırau-Samara istiqamətində daşımalar artırılıb, həmçinin Çinə tədarüklərin artması qeydə alınıb. “Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə daşıma, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə daşıma, həmçinin Bakı-Supsa marşrutu nəzərdən keçirilir”, - nazirliyin açıqlamasında deyilir. Xatırladaq ki, son dövrlərdə Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları artıb. Bu səbəbdən yükləmə əməliyyatlarının dayandırıldığı, neft qiymətlərinin isə artdığı bildirilir. Geri dön |