Ana Sayfa > Ölkə > İcra başçısının sürücüsü qəzada öldü

İcra başçısının sürücüsü qəzada öldü


Bu gün, 08:46. Yazar: vasif
İcra başçısının sürücüsü qəzada öldü


Zaqatalada ağır yol qəzası baş verib.

“aia.az” Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ-2199” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2199”un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.
Geri dön