Ana Sayfa > Dünya > “Daha böyük müharibənin astanasındayıq” - Vuçiç

“Daha böyük müharibənin astanasındayıq” - Vuçiç


Dünən, 21:53. Yazar: vasif
“Daha böyük müharibənin astanasındayıq” - Vuçiç


Serbiya Prezidenti Aleksandr Vuçiç Avropada uzunsürən müharibə olacağını proqnozlaşdırıb.

“aia.az” TASS-a istinadən xəbər veriri ki, o, Ukraynada sülh üçün diplomatik addımların atılmadığını bildirib.

“Sülh cəhdləri olmadı və yaxın vaxtlarda da olmayacaq. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq”, - deyə Vuçiç vurğulayıb.

Serbiya lideri hərbi əməliyyatların tezliklə bitməyəcəyini qeyd edib:

“Mən müharibənin bu il və ya gələn yazdan əvvəl yekunlaşacağını görmürəm”.
Geri dön