Ana Sayfa > Dünya > Xarkovda yaşayış binası vuruldu - 2 ölü, 12 yaralı
Xarkovda yaşayış binası vuruldu - 2 ölü, 12 yaralıBu gün, 12:11. Yazar: vasif |
![]() Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə zərbə endirib. “aia.az” xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Tereхov məlumat verib. Onun sözlərinə görə, zərbə şəhərin Saltovka rayonunda çoxmərtəbəli yaşayış binasına dəyib. Nəticədə binanın 7 və 10-cu mərtəbələri arasındakı örtüklər dağılıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanların qala biləcəyi bildirilir. Geri dön |