Ana Sayfa > İdman > Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB açıqladı

Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB açıqladı


Dünən, 21:33. Yazar: vasif
Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB açıqladı


ABŞ polisi və Federal Təhqiqat Bürosu (FTB) 2026-cı il Dünya Çempionatı zamanı qarşılaşdıqları təhdidlərin təfərrüatlarını açıqlayıb.

“Marca” nəşri xəbər verir ki, daxil olan hədə-qorxuların sayına görə “rekordçu” Argentina millisinin hücumçusu Lionel Messi olub.

Qrup mərhələsinin Argentina – İordaniya (3:1) oyunundan əvvəl bir nəfər Dallas hava limanına zəng edərək, xüsusilə Messini öldürmək məqsədilə iki nəfərlə birgə özühazırlanmış bomba və tüfənglərlə stadiona hücum edəcəyini bildirib.

Messiyə qarşı oxşar təhdidlər 1/8 finalın Misirə qarşı matçından (3:2) əvvəl də təkrarlanıb. Bir nəfər sosial şəbəkədə Atlantadakı stadiona daxil olaraq üzərindəki 4 bomba ilə Messini partladacağını yazıb. Bundan başqa, stadionun zibil qutularında 3 bombanın gizlədilməsi barədə xəbərdarlıq edilsə də, xüsusi təlim keçmiş itlərlə aparılan axtarışlar həyəcanın yalan olduğunu ortaya çıxarıb.

Təhdidlər Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldodan da yan keçməyib. Komandanın qaldığı mehmanxanada şübhəli şəxs görünərək Ronaldonun yeri haqqında təfərrüatlı məlumat tələb edib. FTB bu barədə FIFA-ya xəbərdarlıq edib və iki gün sonra həmin şəxs Hyustonda, elə həmin hoteldə həbs olunub. Onun portuqaliyalı ulduzu qaçırmaq istədiyi qeyd olunub. Analoji hadisə Torontoda da baş verib – başqa bir şəxs portuqaliyalı futbolçunun olduğu liftə daxil olmağa cəhd edib.

Turnirdə hakimlər də ciddi təhlükəsizlik problemləri ilə üzləşiblər. Argentina – Misir matçının baş hakimi Fransua Leteksye mesencerlərdə 6000-dən çox təhdid mesajı alıb. Analoji vəziyyətlə həmin oyunun VAR hakimi Villi Delajo da qarşılaşıb. Yaranmış vəziyyətlə əlaqədar Fransada onların evlərinin və ailələrinin mühafizəsi gücləndirilib.//Qafqazinfo
Geri dön