Ana Sayfa > İqtisadiyyat / Karusel > Xam neft ehtiyatları azalır

Xam neft ehtiyatları azalır


3-04-2017, 09:52. Yazar: admin
Xam neft ehtiyatları azalır



OPEC-in baş katibi Mohammad Barkindo xam neft ehtiyatlarının azalmağa başladığını və bunun bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməkdə olduğunun bir işarəsi olduğunu söyləyib.

285 milyon barel olaraq hesablanan neftbazalardakı xam neft ehtiyatları OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq neft qiymətləri üzərində hələ də təzyiq yaradır.

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman, istehsalın azaldılması razılaşmasının İyun ayından sonra üçün də uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt ehtiyatların beş ilin ortalamasına düşməsi lazım olduğunu qeyd edib.

Keçən həftə OPEC-in istehsal azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley neft ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.
Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 Mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcək.

AİA.az
Geri dön