Ana Sayfa > İdman > Messinin atası vəfat etdi

Messinin atası vəfat etdi


Bu gün, 15:09. Yazar: vasif
Messinin atası vəfat etdi


Dünyaşöhrətli futbolçu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

“aia az” xəbər verir ki, bu barədə “Infobae” məlumat yayıb.

Futbolçunun atası onun doğma şəhəri olan Rosariodakı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, Xorxe son aylar ərzində sağalmaz bir xəstəliklə mübarizə aparırdı.

Qeyd edək ki, Messi Rosario şəhərinə 2026-cı il Dünya Çempionatından sonra gəlmişdi. KİV-in məlumatına görə, futbolçu vaxtını atası ilə keçirməyə qərar vermişdi.
Geri dön