Ana Sayfa > Dünya > SON DƏQİQƏ! Min illik qorxu gerçək olur - Qiyamət ssenarisinin ŞOK DETALLARI
SON DƏQİQƏ! Min illik qorxu gerçək olur - Qiyamət ssenarisinin ŞOK DETALLARIBu gün, 14:49. Yazar: vasif |
![]() İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında vulkanik aktivlik yenidən artıb. aia.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən aktiv vulkanlarından biri olan Etnanın Voracine kraterində kül püskürmələri və strombolian tipli partlayışlar müşahidə olunub. Eyni zamanda Şimal-Şərq kraterinə doğru yeni lava axınının yarandığı bildirilib. Vulkanı müşahidə edən qrupların məlumatına görə, orta intensivlikdə davam edən aktivlik zamanı lava parçaları və kül buludları atmosferə qalxıb. Yeni lava axınının isə Etnanın Şimal-Şərq kraterinin daxili hissəsinə doğru hərəkət etdiyi qeyd olunub. Mütəxəssislər vulkandakı vəziyyəti davamlı izləyirlər. Kül buludlarının küləyin istiqamətindən asılı olaraq ətraf ərazilərə təsir göstərə biləcəyi bildirilib. İlkin qiymətləndirmələrə əsasən, hazırkı vulkanik aktivliyin yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmadığı açıqlanıb. Buna baxmayaraq, vulkandakı dəyişikliklər yaxından izlənilir. Etna yalnız təbiət hadisələri ilə deyil, qədim mifologiyada tutduğu yerlə də diqqət çəkir. Qədim inanclara görə, vulkan tanrıların və nəhənglərin emalatxanası, həbsxanası və möcüzələr məkanı hesab edilirdi. Miflərdə od tanrısı Hefestin (Roma mifologiyasında Vulkan) dəmirxanasının Etna dağının altında yerləşdiyi düşünülürdü. Vulkanın püskürtdüyü lava və gurultular isə tanrılara qarşı çıxan nəhənglərin qəzəbi ilə əlaqələndirilirdi. Geri dön |