Ana Sayfa > Aia TV / Ölkə > Yaşasaydı, 35 yaşı olacaqdı…
Yaşasaydı, 35 yaşı olacaqdı…Bu gün, 10:24. Yazar: vasif |
![]() Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. “aia.az” xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradda 1-6-cı siniflərdə oxuyub, daha sonra Gəncəyə köçərək təhsilini orada davam etdirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, magistr və doktorantura təhsilini də tamamlayıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) çalışmağa başlayan H.Əliyeva əvvəlcə tərcüməçi, sonra stüardessa və daha sonra hüquqşünas kimi fəaliyyət göstərib. O, 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Hökumənin “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda iz qoyub. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Geri dön |