Ana Sayfa > Gündəm / Karusel > Yumurtanın qiyməti kəskin ucuzlaşdı
Yumurtanın qiyməti kəskin ucuzlaşdı3-04-2017, 09:50. Yazar: admin |
Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir. Həm bazarda, həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb. Satıcılar bunu quşçuluq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir. AİA.az Geri dön |