Ana Sayfa > Siyasət > Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb

Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb


3-04-2017, 09:49. Yazar: admin
Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb


Ermənistan Baş Prokurorluğu parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub.

"İnterfax"-ın verdiyi məlumata görə, onlardan 392-də cinayət əlamətləri aşkarlanıb.

"392 məlumatdan 121 bir seçicinin digər seçicinin yerinə səs verməsi ilə, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə mane olmaq ilə, 77-si səsvermə sirrinin pozulması ilə, 63-ü KİV nümayəndəsinin, güvənilmiş şəxsin və müşahidəçinin işinə mane olmaq ilə, 5-i seçkiqabağı rüşvət paylanması ilə, 1-i isə seçki məntəqəsində siyahının tərtibinə mane olmaq ilə bağlıdır", - Baş Prokurorluqda bildiriblər.

Prokurorluqda bildiriblər ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanıb, bir nəfər saxlanılıb.

AİA.az
Geri dön