Ana Sayfa > Özəl > Banqladeşdə ağır yol qəzası: Ölənlər və yaralananlar var
Banqladeşdə ağır yol qəzası: Ölənlər və yaralananlar varBu gün, 14:35. Yazar: vasif |
![]() Banqladeşin Sylhet bölgəsində iki sərnişin avtobusunun toqquşması ağır insan tələfatına səbəb olub. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər həyatını itirib, azı 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata əsasən, hadisə yerli vaxtla səhər saat 07:30 radələrində, paytaxt Dəkkədən təxminən 240 kilometr şimal-şərqdə yerləşən magistral yolda baş verib. Toqquşmanın güclü olması səbəbindən nəqliyyat vasitələri ciddi zədələnib. Hadisə yerinə polis əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar ətraf xəstəxanalara çatdırılıblar. Həkimlər yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirirlər. Bu səbəbdən ölənlərin sayının arta biləcəyi istisna edilmir. Hazırda hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparırlar. Geri dön |