Ana Sayfa > Karusel / Siyasət > Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAMBu gün, 13:52. Yazar: vasif |
![]() Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. aia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Sərəncamda qeyd edilib ki, bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olub. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb. Sərəncama əsasən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini Təşkilat Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri Təşkilat Komitəsinin üzvləri: Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri. Geri dön |