Ana Sayfa > İqtisadiyyat > Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQBu gün, 12:10. Yazar: vasif |
![]() İqlim dəyişikliyi və rekord isti hava dalğaları dünya bazarında qəhvə və kakao istehsalına ciddi zərbə vurub. Mütəxəssislər bildirirlər ki, məhsuldarlığın kəskin azalması səbəbindən payız aylarında qəhvə, şokolad və kakao məhsullarının qiymətlərində 70–100 faiz arasında artım baş verə bilər. aia.az xəbər verir ki, qlobal iqlim böhranı, El Nino hadisəsi və uzunmüddətli quraqlıq xüsusilə kakao və qəhvə istehsalçısı ölkələrə ciddi təsir göstərib. Qərbi Afrikada kakao, Braziliya və Vyetnamda isə qəhvə istehsalının azalması nəticəsində xammalın dünya bazarındakı qiymətləri rekord səviyyəyə yüksəlib. Analitiklərin sözlərinə görə, hazırda mağazalarda satılan məhsulların bir hissəsi əvvəlki ehtiyatlar hesabına bazardadır. Lakin bu ehtiyatlar tükəndikdən sonra yeni qiymətlər rəflərə yansıyacaq. Mütəxəssislər hesab edirlər ki, kakao yağının çatışmazlığı səbəbindən şokolad və kakaolu məhsulların qiyməti 70–100 faiz, qəhvə məhsullarının qiyməti isə əhəmiyyətli dərəcədə arta bilər. Qida üzrə ekspertlər bildirirlər ki, uzun saxlama müddətinə malik vakuum qablaşdırılmış qəhvə və şokolad məhsullarını əvvəlcədən almaq büdcəyə qənaət etməyə kömək edə bilər. Bununla yanaşı, onlar istehlakçılara panik alış-veriş etməməyi, yalnız ehtiyac qədər məhsul almağı tövsiyə edirlər. Geri dön |