Ana Sayfa > Dünya > II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk

II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk


Bu gün, 10:37. Yazar: vasif
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk


Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar.

“aia.az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək.

Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq.

Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.
Geri dön