Ana Sayfa > Dünya > Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır

Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır


Bu gün, 09:37. Yazar: vasif
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır


Türkiyəyə qonşu ölkə olan Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları sürətlə artır. Ölkənin Milli İctimai Səhiyyə Təşkilatı (EODY) son bir həftə ərzində daha 23 yeni yoluxma faktının qeydə alındığını açıqlayıb. Beləliklə, bu mövsüm təsdiqlənən yoluxmaların ümumi sayı 65-ə çatıb.

aia.az xəbər verir ki, EODY-nin məlumatına görə, son qeydə alınan 23 yoluxmadan 22-si sinir sistemini zədələyən ağır klinik forma ilə müşayiət olunub, yalnız bir nəfərdə yüngül simptomlar müşahidə edilib.

Virusun yayıldığı əsas bölgələr Attika, Tesaliya, Mərkəzi Makedoniya və Qərbi Yunanıstandır. Bu il indiyədək Qərbi Nil virusu səbəbindən 4 nəfər həyatını itirib.

Yunanıstanın səhiyyə orqanları xüsusilə yaşlı şəxslərə və xroniki xəstəlikləri olan insanlara ağcaqanad sancmalarından qorunmağı tövsiyə edib.

Vətəndaşlara uzunqol geyimlərdən istifadə etmək, ağcaqanadqovan vasitələrdən yararlanmaq və durğun su olan ərazilərdən uzaq durmaq çağırışı edilib.

Dünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) son həftələrdə Avropanın bir sıra ölkələrində Qərbi Nil virusunun yayılmasının artdığını bildirərək müşahidələrin gücləndirilməsini tövsiyə edib.

Mütəxəssislərin sözlərinə görə, iqlim dəyişikliyi, daha isti hava və yay mövsümünün uzanması virusu daşıyan ağcaqanadların daha geniş ərazilərə yayılmasına şərait yaradır.
Geri dön