Ana Sayfa > Şou-biznes > "Ahbap"a edilən ianələr - Məşhurların bağış məbləğləri üzə çıxdı
"Ahbap"a edilən ianələr - Məşhurların bağış məbləğləri üzə çıxdıBu gün, 00:13. Yazar: vasif |
![]() Türkiyədə "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış simaların etdiyi ianələr də araşdırılıb. aia.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının hazırladığı hesabatda 6 fevral 2023-cü il zəlzələsindən sonra "Ahbap" dərnəyinin hesablarına köçürülən milyonlarla lirəlik vəsaitlər yer alıb. Hesabata əsasən, sənət, media və iş dünyasından olan şəxslər tərəfindən ümumilikdə 14 milyon lirədən çox ianə edildiyi müəyyənləşdirilib. Köçürmələrin böyük hissəsinin "zəlzələ yardımı", "Hatay", "zəlzələ bölgəsinə yardım" və "bağış" qeydləri ilə həyata keçirildiyi bildirilib. Araşdırma zamanı məşhurların bağış məbləğləri də açıqlanıb. Müğənnilər Ajda Pekkan, Tarkan Tevetoğlu və Sibel Can, həmçinin aktyorlar Barış Arduç və Ebru Şahinin "Ahbap" dərnəyinə ayrı-ayrılıqda 1 milyon lirə köçürdüyü müəyyən olunub. Komediya ustası Tolqa Çevikin isə 997 min 650 lirə ianə etdiyi qeyd edilib. Hesabatda aktyor və rejissor Ali Atayın 562 min 386 lirə, müğənni Ebru Gündeşin, aşpaz Somer Sivrioğlunun və mərhum sənətçi Genco Erkalın isə ayrı-ayrılıqda 500 min lirə bağışladığı göstərilib. Aktyor Halit Ergençin iki əməliyyatla ümumilikdə 400 min lirə, komediyaçı Hasan Can Kayanın isə 320 min lirə köçürdüyü məlum olub. Sosial media fenomeni Danla Bilic və aktyor Can Yamanın hərəsinin 250 min lirə bağışladığı müəyyənləşdirilib. Afra Saraçoğlu, Binnur Kaya, Aras Bulut İynemli, Kıvanç Tatlıtuğ, İbrahim Büyükak, Seray Kaya, Kerem Bürsin, Engin Akyürek və Beyazıt Öztürkün isə hər biri 200 min lirə ianə edib. Bundan başqa, Melis Sezen, Hazal Kaya, İrem Derici, Gülse Birsel və Burak Deniz tərəfindən 150 min lirə, Salih Bademci, Emir Ersoy, Sarp Apak, İbrahim Selim, Uraz Kaygılaroğlu, Elçin Sangu və Gökhan Tepe tərəfindən isə 100 min lirə məbləğində yardım edildiyi ortaya çıxıb. Hesabatda qeyd olunub ki, zəlzələ qurbanlarına yardım məqsədilə toplanan vəsaitlərin sonrakı mərhələdə hansı şəxslərə və şirkətlərə yönləndirildiyi də istintaq çərçivəsində araşdırılır. Bu səbəbdən ianələrin istifadə istiqaməti və təyinatına uyğun xərclənib-xərclənmədiyi yoxlanılır. Geri dön |