Ana Sayfa > Özəl > Goranboy Rayon üzrə 2026-cı il yanvar-iyun aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlər

Goranboy Rayon üzrə 2026-cı il yanvar-iyun aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlər


Bu gün, 15:38. Yazar: azer
Goranboy Rayon üzrə 2026-cı il yanvar-iyun aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlər

2026-cı ilin yanvar-iyun aylarında əhaliyə 30413,1 min manat dəyərində ödənişli xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 çox olmuşdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə ödənişli xidmətlərin dəyəri ümumi yekunun 31,8 faizini təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 9686,1 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin dəyəri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8
faiz artaraq 20727,0 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətin 28,0 faizi və ya 8516,1 min manatı dövlət, 72,0 faizi və ya 21897,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

2026-cı ilin yanvar-iyun aylarında 3827,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz çox olmuşdur. Məişət xidmətləri ödənişli xidmətlərin ümumi dəyərinin 12,6 faizini təşkil edir. Məişət xidmətinin həcminin 4,9 min manatı və ya 0,1 faizi hüquqi şəxslərin, 3822,7 min manatı və ya 99,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların hesabına formalaşmışdır.
Geri dön