Ana Sayfa > Özəl > Trampdan İrana son mesaj: "Razılaşma istəyirəm, əks halda güc tətbiq olunacaq"
Trampdan İrana son mesaj: "Razılaşma istəyirəm, əks halda güc tətbiq olunacaq"Bu gün, 18:15. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı məsələnin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinə üstünlük verdiyini bildirib. Las-Veqasda keçirilən tədbirdə çıxış edən Tramp deyib ki, əsas məqsəd yeni razılaşma əldə etmək və insan itkilərinin qarşısını almaqdır. Onun sözlərinə görə, Vaşinqton dialoq yolunu açıq saxlayır və böhranın sülh yolu ilə aradan qaldırılmasını istəyir. ABŞ lideri vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verilməyəcək. O qeyd edib ki, administrasiyası ilk növbədə danışıqlar masasında nəticə əldə etməyə çalışır və bu istiqamətdə səylər davam etdirilir. Bununla yanaşı, Tramp xəbərdarlıq edib ki, diplomatik proses nəticəsiz qalacağı təqdirdə ABŞ daha sərt addımlar atmağa hazırdır. Onun sözlərinə görə, hərbi variant arzuolunan seçim olmasa da, zərurət yaranarsa gündəmdən çıxarılmayacaq. "İnsanların həyatını itirməsini istəmirəm və buna görə razılaşmaya üstünlük verirəm. Ancaq danışıqlar nəticə verməsə, çox sərt cavab veriləcək", – deyə ABŞ Prezidenti bildirib. Geri dön |