Ana Sayfa > Dünya > Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı

Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı


Bu gün, 16:00. Yazar: vasif
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı


Venesuela nefti ABŞ-ın əldə etdiyi qənimətdir.

aia.az xəbər verir ki, bunu Nevada ştatının Las-Veqas şəhərətrafı ərazisində çıxış edən ABŞ prezidenti Donald Tramp deyib. O, yanvarın 3-də Karakasda keçmiş Venesuela prezidenti Nikolas Maduronun ələ keçirildiyi əməliyyatı “48 dəqiqəlik müharibə” adlandırıb: "Venesueladan milyardlarla barel neft çıxır. Bu, dünyanın ən zəngin neft yataqlarından biridir".

Trampa görə, ABŞ "köhnə üsulla" hərəkət edib, Venesuela neftindən əməliyyata xərclədiyindən "dəfələrlə" çox pul alıb: "Qalib bütün qənimətləri əldə edir".

O, həmçinin ABŞ və Venesuelanın dünya neft və qaz ehtiyatlarının 60 faizinə sahib olduqlarını deyib.
Geri dön