Ana Sayfa > Dünya > “SpaceX” raketi Aya çırpıldı
“SpaceX” raketi Aya çırpıldıBu gün, 09:56. Yazar: vasif |
![]() Təxminən bir ildən çoxdur orbitdə nəzarətsiz hərəkət edən “SpaceX Falcon 9” raketinin ikinci mərhələsi, proqnozlaşdırıldığı kimi, Ay səthinə çırpılıb. “aia.az”ın xəbərinə görə, toqquşma təxminən saatda 8 700 kilometr sürətlə baş versə də, hadisə birbaşa müşahidə olunmayıb. Lakin Çilidə yerləşən teleskoplar zərbə nəticəsində yaranan toz və dağıntı buludunu qeydə alıblar. Raket parçasının Ayla toqquşmasının qaçılmaz olduğu bildirilib. Hadisə ABŞ və Çin arasında Aya insan göndərilməsi yarışının davam etdiyi bir vaxtda kosmik zibillə bağlı narahatlıqları yenidən gündəmə gətirib. “SpaceX”in nümayəndəsi Culianna Şeyman bildirib ki, qəza qəsdən baş verməyib. Onun sözlərinə görə, Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Ay istiqamətinə yönəlib. Şirkət gələcəkdə oxşar halların qarşısını almaq üçün NASA ilə əməkdaşlıq etdiyini açıqlayıb. Boston Universitetinin alimi Karl Şmidt bildirib ki, komandasının müşahidələri Ay səthində baş verən toqquşmanı təsdiqləyir. Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopu zərbədən sonra kosmosa yayılan natrium və litium izlərini aşkar edib. Astronomların hesablamalarına görə, raket Ayın Eynşteyn krateri yaxınlığındakı boş əraziyə düşüb. Toqquşmanın yaratdığı krater və ziyanın miqyasını müəyyən etmək üçün NASA-nın Ay Kəşfiyyat Orbiteri yaxın günlərdə həmin ərazinin görüntülərini çəkəcək. Geri dön |