Ana Sayfa > Ölkə / Karusel > Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı
Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdıBu gün, 15:11. Yazar: vasif |
![]() Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə aia.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Geri dön |