Ana Sayfa > Özəl > Serdar Ortaçdan evlilik ETİRAFI: "Bu qərarı vermək üçün dəli olmaq lazımdır"
Serdar Ortaçdan evlilik ETİRAFI: "Bu qərarı vermək üçün dəli olmaq lazımdır"Bu gün, 21:07. Yazar: vasif |
![]() Türkiyənin məşhur pop müğənnisi Serdar Ortaç konsert zamanı etdiyi səmimi açıqlamalarla yenidən diqqət mərkəzinə düşüb. Sənətçi bu dəfə şəxsi həyatı və evlilik barədə söylədiyi fikirlərlə pərəstişkarlarını həm güldürüb, həm də düşündürüb. Dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan Serdar Ortaç səhhətindəki çətinliklərə baxmayaraq səhnəyə çıxaraq sevilən mahnılarını ifa edib. Ayaq üstə dayanmaqda çətinlik çəksə də, ifası və səmimi söhbətləri tamaşaçıların alqışını qazanıb. Konsert zamanı fanatlarının suallarını cavablandıran sənətçi illər əvvəl başa çatan evliliyini də xatırlayıb. O, zarafatla bildirib ki, həyatına daxil olan bütün qadınlar sarışın olub və indiyədək qarasaçlı biri ilə münasibəti alınmayıb. Serdar Ortaç daha sonra evlilik barədə diqqət çəkən fikirlər səsləndirib: "Həyatıma girən bütün qadınlar sarışın olub, bir dənə də qarasaçlı tapa bilmədim. Evlilik ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır." Müğənninin bu sözləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bu ifadələri zarafat kimi qiymətləndirərkən, digərləri sənətçinin şəxsi həyat təcrübəsindən qaynaqlanan səmimi etirafı kimi dəyərləndirib. Geri dön |