Ana Sayfa > Ölkə / Karusel > Mürsəl İbrahimov polkovnik-leytenantı vəzifəsindən azad etdi
Mürsəl İbrahimov polkovnik-leytenantı vəzifəsindən azad etdiBu gün, 13:23. Yazar: vasif |
![]() Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib. Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib. Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb. Bu barədə məlumatı saytımıza qurumdan təsdiqləyiblər. Sorğumuza cavab olaraq bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib. Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb./Manset.az/ Geri dön |