Ana Sayfa > Dünya > Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA

Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA


Bu gün, 13:44. Yazar: vasif
Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA


Dünən İranın ali rəhbəri Müctəba Xameneinin ictimaiyyətlə əlaqələr ofisi prezident Məsud Pezeşkianın guya istefa məktubuna verilən cavabla bağlı yayılan məlumatları təkzib edib.

“Azad İran” xəbər verir ki, bəyanat, İran “Hizbullah” təşkilatının baş katibi və Xameneinin qohumu Məhəmmədbağır Xərrazinin Pezeşkianın yenidən istefa verməsi halında Xameneinin bunu qəbul edəcəyi barədə iddialarından sonra yayılıb.

“Sosial mediada ali liderin hörmətli prezidentin məktubuna verdiyi cavabla bağlı irəli sürülən iddialar tamamilə yalandır və həqiqətə uyğun deyil”, - Xameneinin ofisinin açıqlamasında bildirilir.

Bəyanatda, habelə, qeyd olunub ki, cəmiyyətdə fikir ayrılığına səbəb olan və dövlət rəsmiləri barədə həqiqətə uyğun olmayan məlumatların yayılması İranın düşmənlərinin maraqlarına xidmət edir.
Geri dön