Ana Sayfa > İdman > “Sabah” “Orhus”a qarşı
“Sabah” “Orhus”a qarşıBu gün, 08:30. Yazar: vasif |
![]() UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. “aia.az” xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində “Orhus”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək. 5 avqust UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunları 20:30. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya) Randers. “Cepheus Park”. Geri dön |