Ana Sayfa > Karusel / Ölkə > Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?


Dünən, 23:43. Yazar: vasif
Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?


Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.

aia.az Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir.

Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.

Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur.

İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəbli də məlumatlıdır.

Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.


Geri dön