Ana Sayfa > Ölkə > 11 aptekdə nöqsan aşkarlandı
11 aptekdə nöqsan aşkarlandıBu gün, 20:47. Yazar: vasif |
![]() 2026-cı ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb. AEM-dən verilən məlumata görə, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub. Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub. Geri dön |