Ana Sayfa > Dünya > Ukraynanı müharibə başlayandan bəri ən çətin mərhələ gözləyir - CNBC
Ukraynanı müharibə başlayandan bəri ən çətin mərhələ gözləyir - CNBCBu gün, 16:30. Yazar: vasif |
![]() Ukrayna Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri ən ciddi sınaq ola biləcək daha bir son dərəcə çətin qışa hazırlaşır. aia.az CNBC-yə istinadən xəbər verir ki, son həftələrdə Rusiya Silahlı Qüvvələri Kiyevin ballistic raket tutucularının olmamasından istifadə edərək Ukrayna şəhərlərinə raket zərbələrinin sayını artırıb. "Fire Point" şirkətinin baş direktoru İrina Terex CNBC-yə bildirib ki, Kiyev, xüsusən də ölkənin hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı nəzərə alınmaqla, qarşıdakı aylarda üzləşdiyi təhlükəni real qiymətləndirməlidir. "Qış yaxınlaşır və ötən qış Ukrayna və ümumiyyətlə böyük şəhərlər üçün çox çətin keçdi. Bu qış daha asan olmayacaq, hətta daha da çətin olacaq", - o qeyd edib. Ukrayna şirkətləri öz raket əleyhinə texnologiyalarını inkişaf etdirməyə çalışsalar da, ölkə hələ də Rusiya ballistik raketlərini ələ keçirmək üçün Amerikanın Patriot PAC-3 raketlərindən çox asılı olaraq qalır. Analitik Sergey Kuzanın fikrincə, hökumətdəki bəzi kadr dəyişiklikləri sərt qışa hazırlıq zərurəti ilə bağlıdır. ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker hesab edir ki, Putin qışdan istifadə edərək Ukraynanın elektrik və istilik təchizatını kəsərək parçalamağa çalışacaq. Bununla belə Volker bildirib ki, Kiyev ötən qışla müqayisədə Rusiyanın ballistik raket hücumlarını dəf etmək üçün daha yaxşı mövqedədir. "Putin uzunmüddətli məğlubiyyət yolundadır. O, döyüş meydanındakı itkilərlə barışa bilmir. Ukrayna Kremli neft emalı və ixrac gücündən məhrum edir ki, bu da onun büdcəsini tükəndirir", - Volker CNBC-yə açıqlamasında deyib. Diplomat Putinin bacardığı qədər mübarizə aparacağına inanır, amma seçimləri məhdudlaşır. "Düşünürəm ki, o, qış boyunca mübarizəsini davam etdirəcək. Lakin növəbti yazadək Putin müharibədə ciddi məhdudiyyətlərlə üzləşəcək və atəşkəsə razılaşmalı olacaq", - o əlavə edib. Geri dön |