Ana Sayfa > Özəl > "Avropa Ermənistanı miqrantların toplandığı ölkəyə çevirmək istəyir"

"Avropa Ermənistanı miqrantların toplandığı ölkəyə çevirmək istəyir"


Bu gün, 21:17. Yazar: vasif
"Avropa Ermənistanı miqrantların toplandığı ölkəyə çevirmək istəyir"



Ermənistanda Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı müzakirələr davam edərkən, erməni politoloq Artur Xaçikyan bu istiqamətdə kəskin iddialarla çıxış edib.
Politoloq Telegram kanalında paylaşdığı fikirlərdə bildirib ki, Avropa İttifaqına inteqrasiyanın ilk praktik nəticələrindən biri Ermənistanın qeyri-qanuni miqrantların müvəqqəti saxlanıldığı ölkəyə çevrilməsi ola bilər.
Onun sözlərinə görə, İtaliya tərəfindən irəli sürülən təşəbbüsə əsasən, Ermənistan deportasiya olunacaq qeyri-qanuni miqrantların mənşə ölkələrinə göndərilməzdən əvvəl yerləşdirildiyi məkanlardan biri kimi nəzərdən keçirilə bilər.
Xaçikyan hakimiyyətə yaxın dairələrin bu prosesi Avropaya inteqrasiyanın uğuru kimi təqdim etdiyini iddia edərək, buna istehzalı münasibət bildirib.
Politoloq ironiya ilə qeyd edib ki, növbəti mərhələdə Ermənistanda Avropanın tullantılarının emalı və digər oxşar layihələrin də həyata keçirilməsi gündəmə gələ bilər.
Qeyd edək ki, Artur Xaçikyanın səsləndirdiyi fikirlər onun şəxsi mövqeyini əks etdirir və bu iddialarla bağlı Ermənistan hakimiyyəti və Avropa İttifaqı tərəfindən rəsmi təsdiqedici açıqlama verilməyib.
Geri dön