Ana Sayfa > Özəl > Vaşinqtondan Tehrana yeni nüvə şərti: ABŞ tələblərini sərtləşdirdi
Vaşinqtondan Tehrana yeni nüvə şərti: ABŞ tələblərini sərtləşdirdiBu gün, 19:44. Yazar: vasif |
![]() ABŞ İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma çərçivəsində Tehrana yeni və diqqətçəkən şərt irəli sürüb. Musavat.com xəbər verir ki, "The New York Times" nəşrinin məlumatına görə, Vaşinqton İranın zənginləşdirilmiş nüvə yanacağını hərbi məqsədlər üçün istifadəsini mümkünsüz edəcək səviyyəyə qədər durulaşdırmasını tələb edir. Mənbələrin bildirdiyinə əsasən, durulaşdırılmış nüvə materialının daha sonra utilizasiya olunması və ya atom elektrik stansiyalarında yanacaq kimi istifadə edilməsi məqsədilə ABŞ-yə və ya üçüncü bir ölkəyə təhvil verilməsi təklif olunur. Nəşrin məlumatında qeyd edilir ki, İranla nüvə danışıqları yenidən başlasa belə, prosesin qısa müddətdə yekunlaşacağı gözlənilmir. ABŞ rəsmiləri hesab edirlər ki, danışıqların ən azı payız aylarına qədər, hətta daha uzun müddət davam etməsi mümkündür. Mənbələr bildirirlər ki, tərəflər arasında mövcud fikir ayrılıqları nəzərə alındıqda, razılaşmaya nail olmaq uzunmüddətli və mürəkkəb diplomatik müzakirələr tələb edəcək. Geri dön |