Ana Sayfa > Dünya > Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq

Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq


Bu gün, 10:48. Yazar: vasif
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq


“Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq. Biz onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
aia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski hesab edir ki, keçmiş Sovet İttifaqı ölkələri nə qədər güclü və müstəqil olarsa, onun yenidən bərpası və buna cəhd də bir o qədər çətin olacaq.

O əlavə edib ki, Putinin belə bir niyyəti var və buna cəhd edir. "Ukrayna bunun açarıdır. O, bizi parçalamaq istəyir. Əgər o, buna nail olsaydı digər postsovet ölkələri ilə işlər daha asan olardı. Hamı bunu bilir və Ukraynanın həyatı üçün çox dəyərli olan digər ölkələrin müstəqilliyinə verdiyi töhfəni yüksək qiymətləndirir", - o vurğulayıb.

İrəvanla münasibətlərinə toxunan Zelenski deyib ki, biz həmçinin, bu il uzun müddətdən sonra ilk dəfə olaraq Ermənistanla əlaqələri bərpa etdik.
Geri dön