Ana Sayfa > Ölkə > Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı

Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı


Dünən, 20:31. Yazar: vasif
Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı


Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.

“aia.az”ın məlumatına görə, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.

O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, N. Məmmədova 2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir.
Geri dön