Ana Sayfa > Ölkə > FHN: Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti çıxarılıb

FHN: Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti çıxarılıb


Bu gün, 15:46. Yazar: vasif
FHN: Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti çıxarılıb



Fövqəladə Hallar Nazirliyi (FHN) 2026-cı il çimərlik mövsümü ilə bağlı sularda təhlükəsizlik göstəricilərini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi rəsmi çimərliklərdə çimərlik mövsümü başlayandan indiyədək ölüm faktı qeydə alınmayıb.
Həmin dövrdə xidmətin dalğıc-xilasediciləri suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfəri xilas edərək onların həyatını qoruyublar.
Bununla yanaşı, FHN bildirib ki, nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrində faciəli hadisələr davam edir. Məlumata əsasən, dalğıc-xilasedicilər tərəfindən qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik bir daha vətəndaşlara müraciət edərək yalnız nəzarət olunan və təhlükəsizlik tədbirləri görülmüş rəsmi çimərliklərdən istifadə etməyə çağırıb. FHN vurğulayıb ki, nəzarətsiz su hövzələrində çimmək insan həyatı üçün ciddi təhlükə yaradır.
Geri dön