Ana Sayfa > Özəl > Cənubi Koreyada rekord boşanma qərarı: İş adamı keçmiş həyat yoldaşına yüz milyonlarla dollar ödəyəcək
Cənubi Koreyada rekord boşanma qərarı: İş adamı keçmiş həyat yoldaşına yüz milyonlarla dollar ödəyəcəkBu gün, 19:51. Yazar: vasif |
![]() Cənubi Koreyada uzun illərdir davam edən və ölkənin ən çox müzakirə olunan məhkəmə çəkişmələrindən biri hesab edilən boşanma işi üzrə yeni qərar açıqlanıb. Seul Apellyasiya Məhkəməsi SK Group şirkətlər qrupunun sədri Çoy Te-vonun keçmiş həyat yoldaşına rekord məbləğdə kompensasiya ödəməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, Çoy Te-von keçmiş həyat yoldaşı No So-yeona əmlak bölgüsü çərçivəsində təxminən 644 milyon ABŞ dolları ödəməlidir. Bu qərar Cənubi Koreya tarixində boşanma işi üzrə indiyədək verilmiş ən böyük maliyyə qərarlarından biri hesab olunur. Təxminən on il davam edən məhkəmə prosesi yalnız rekord məbləğə görə deyil, tərəflərin yüksək ictimai statusuna görə də ölkə gündəmini uzun müddət məşğul edib. Çoy Te-von Cənubi Koreyanın ən böyük sənaye və texnologiya holdinqlərindən biri olan SK Groupa rəhbərlik edir, No So-yeon isə ölkənin sabiq prezidenti No Te-vunun qızıdır. Cütlük 27 il ailəli olub və bu nikahdan üç övlad dünyaya gəlib. Məhkəmə çəkişməsi əsasən ailə əmlakının bölgüsü və maliyyə öhdəlikləri ətrafında aparılıb. Qərarın qüvvədə qalacağı və ya tərəflərin Ali Məhkəməyə müraciət edəcəyi hələlik məlum deyil. Bununla belə, hüquqşünaslar bu işi Cənubi Koreyada ailə hüququ və iri korporativ sərvətlərin bölüşdürülməsi baxımından presedent yaradan qərarlardan biri kimi qiymətləndirirlər. Geri dön |