Ana Sayfa > Özəl > Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi
Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildiBu gün, 15:27. Yazar: vasif |
![]() Ermənistanda yeni çağırış parlamentin ilk iclasında hakim "Vətəndaş müqaviləsi" partiyasının namizədi Ruben Rubinyan parlamentin sədri vəzifəsinə seçilib. Ermənistan mətbuatının məlumatına görə, keçirilən səsvermədə 105 deputatdan 91-i iştirak edib. Səsvermənin nəticələrinə əsasən, Ruben Rubinyanın namizədliyini 63 deputat dəstəkləyib, 28 deputat isə əleyhinə səs verib. Müxalif "Ermənistan" fraksiyası səsverməni boykot edərək iştirak etməyib. "Güclü Ermənistan" fraksiyası isə Rubinyanın namizədliyinin əleyhinə səs verib. Ruben Rubinyan parlament sədri postunda Alen Simonyanı əvəz edib. O, bundan əvvəl Ermənistan parlamenti sədrinin müavini vəzifəsində çalışırdı. Qeyd edək ki, Ruben Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi də fəaliyyət göstərir və iki ölkə arasında aparılan danışıqlarda İrəvanı təmsil edən əsas rəsmilərdən biridir. Geri dön |