Ana Sayfa > Özəl > Buzovnadakı faciənin acı təfərrüatı: Dənizdə batanlar AzTV əməkdaşının bacı və qardaşlarıdır

Buzovnadakı faciənin acı təfərrüatı: Dənizdə batanlar AzTV əməkdaşının bacı və qardaşlarıdır


Bu gün, 16:33. Yazar: vasif
Buzovnadakı faciənin acı təfərrüatı: Dənizdə batanlar AzTV əməkdaşının bacı və qardaşlarıdır



Bakı şəhərinin Buzovna qəsəbəsində baş verən dəniz faciəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Məlumata görə, hadisə zamanı zərərçəkən şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilasedicilər tərəfindən sudan çıxarılıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkarlanıb.
Hazırda 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun dənizdə batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri onun tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Geri dön