Ana Sayfa > Özəl > Türkiyədə 84 hakim və prokuror vəzifədən uzaqlaşdırıldı
Türkiyədə 84 hakim və prokuror vəzifədən uzaqlaşdırıldıBu gün, 19:14. Yazar: vasif |
![]() Türkiyədə 84 hakim və prokuror vəzifələrindən azad edilib. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib. Nazirin açıqlamasına görə, qərar müvafiq hüquqi prosedurlar çərçivəsində qəbul olunub. Lakin vəzifədən uzaqlaşdırılan şəxslərin kimliyi, hansı qurumlarda çalışdıqları və qərarın konkret səbəbləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Rəsmi qurumların mövzu ilə bağlı əlavə məlumat verməsi gözlənilir. Geri dön |