Ana Sayfa > Şou-biznes > Ceki Çan Bakıda: Əfsanəvi aktyor yeni filmin çəkilişləri üçün Azərbaycandadır
Ceki Çan Bakıda: Əfsanəvi aktyor yeni filmin çəkilişləri üçün AzərbaycandadırBu gün, 16:11. Yazar: vasif |
![]() Dünya şöhrətli kino ulduzu Ceki Çan Azərbaycana gəlib. Məlumata görə, məşhur aktyorun səfərinin əsas məqsədi yeni beynəlxalq film layihəsinin çəkilişlərində iştirak etməkdir. Bildirilir ki, "Armour of God 4: The Ultimatum" ("Tanrının Zirehi 4") filminin bir sıra səhnələri məhz Bakıda lentə alınacaq. Layihənin çəkilişləri paytaxtın tarixi və simvolik məkanlarında həyata keçiriləcək. Filmin çəkiliş məkanları sırasında İçərişəhər, Dağüstü Park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr Meydanı, eləcə də paytaxtın bir sıra mərkəzi küçələri yer alır. Azərbaycanın memarlıq irsi və müasir şəhər görüntülərinin ekran əsərinə xüsusi rəng qatacağı gözlənilir. Beynəlxalq layihənin istehsalında Çin və Qazaxıstan şirkətləri iştirak edir. Layihənin Azərbaycan səhnələri ölkənin turizm və kino potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından da diqqət çəkir. Məlumata görə, "Tanrının Zirehi 4" filminin dünya premyerasının 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır. Ceki Çanın Bakıda iştirakı isə həm kinosevərlər, həm də dünya mediasının diqqətini Azərbaycan paytaxtına yönəldən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Geri dön |