Ana Sayfa > İdman > “Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu


Bu gün, 15:07. Yazar: vasif
“Sabah”ın potensial rəqibi bəlli oldu


UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

“aia.az” xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus" səddini keçə bilsə, pley-off-da “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Geri dön