Ana Sayfa > Özəl > Mingəçevir şəhərində – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

Mingəçevir şəhərində – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib


Bu gün, 12:21. Yazar: azer
Mingəçevir şəhərində – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

03 Avqust -2026-cı il tarixdə Mingəçevir şəhərində – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, YAP Mingəçevir şəhər təşkilatı və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Ana dili abidəsinin önündə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qaffarov və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Elşən Əzim çıxış ediblər.
Natiqlər çıxışlarında bildiriblər ki, Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən müqəddəs sərvətlərdən biridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət milli dövlətçilik tariximizin mühüm səhifələrindəndir. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, saflığının qorunması və geniş təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çıxışlarda qeyd olunub ki, ana dilimizin zənginliyinin qorunması, onun gələcək nəsillərə olduğu kimi çatdırılması, gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər bir vətəndaşın məsuliyyətidir. Bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd olunması milli-mənəvi irsimizin təbliği və dilimizə sevginin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib və ana dilimizin qorunması, inkişafı və təbliği istiqamətində belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
Geri dön