Ana Sayfa > Dünya > TƏCİLİ! Paşinyan yenidən Ermənistanın baş naziri təyin edildi
TƏCİLİ! Paşinyan yenidən Ermənistanın baş naziri təyin edildiBu gün, 14:39. Yazar: vasif |
![]() Nikol Paşinyan yenidən Ermənistanın baş naziri vəzifəsinə təsdiqlənib. aia.az xəbər verir ki, bu qərar hakim "Vətəndaş Müqaviləsi" Partiyasının onun namizədliyini baş nazir postuna irəli sürməsindən sonra verilib. Paşinyanın namizədliyi Ermənistan prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla təsdiqlənib. "Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə əsasən, Nikol Paşinyan baş nazir vəzifəsinə təyin edilsin", - fərmanda deyilir. Bu təyinatla paralel olaraq ölkə müxalifəti mübarizəni davam etdirəcəyini bəyan edib. Müxalif "Ermənistan" blokundan olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəklərini bildirib. Saqatelyanın sözlərinə görə, "Ermənistan" blokunun nümayəndələri son beş il ərzində ölkənin bu həddə çatmaması üçün mübarizə aparıblar: "Əfsus ki, 7 iyun seçkiləri bu prosesi dayandırmağa imkan vermədi, baxmayaraq ki, biz bunun üçün əlimizdən gələni etdik". Müxalifətçi vurğulayıb ki, blok siyasi mübarizəni davam etdirəcək və onların gündəliyi dəyişməz olaraq qalır. Geri dön |